GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində bir qrup azərbaycanlı fəal Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı Təbriz şəhərinin divarların etiraz şüarları yazıblar.
Azərbaycanlı milli-mədəni fəallar bu məqsədlə Təbriz şəhərində divarlara “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” şüarı yazmaqla Azərbaycanın parçalanmasına etiraz edib, Quzey Azərbaycanla birlik və həmrəylik nümayiş etdiriblər.
Azərbaycanlı fəallar Ərk Qalasının və çevrəsindəki tikililərin divarlarına Azərbaycanın parçalanmasını əks etdirən qrafit xəritə çəkməklə Azərbaycanın parçalanmasından bəhs edən Araz şeirini yazıblar.
Qeyd edək ki, “Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar” şeiri Azərbaycanın parçalanmasına etiraz şeiridir və II Qarabağ savaşından sonra Bakıda keçirilən Zəfər paradında da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu misraları oxumaqla irqçi fars rejimin qəzəbinə səbəb olmuşdu.