ÜST Çinin koronavirusun mənşəi barədə həqiqəti gizlətdiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, COVID-19-un mənşəyini araşdırmaq üçün Uhanda olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin epidemiyanın necə və nə vaxt yayılmağa başladığını müəyyənləşdirməyə kömək edə biləcək ilk hadisələr haqqında əsas məlumatları vermədiyini bildirib.

“Wall Street Journal” qəzetinin hesabatına görə, ÜST nümayəndə heyətinin avstraliya və danimarkalı üzvləri Çin rəsmilərinin 2019-cu ilin dekabrında, epidemiyanın erkən mərhələsində aşkar edilmiş 174 koronavirus faktı barədə məlumatları bölüşmək istəklərini rədd etdiklərini söyləyib.

Heyətin avstraliyalı üzvü, mikrobioloq Dominik Duayer epidemiyanın Çində necə və nə vaxt yayılmağa başladığını təhlil etməyə imkan verəcək məlumatların paylaşılmadığını vurğulayaraq “Bizə bir neçə nümunə göstərdilər, amma bu hamısını deməklə eyni deyil. Bu məlumatların təfsiri bizim nəzərimizdə daha da məhdudlaşır”, deyə qeyd edib.

Duayer Çinin məlumatları paylaşmamasının ÜST nümayəndə heyəti ilə çinli həmkarları arasında sərt müzakirələrə səbəb olduğunu vurğulayıb.

ÜST heyətinin danimarkalı epidemioloqu isə bunları deyib: “Mən aliməm və məlumatlara etibar edirəm. Verilənlərə əsaslanan sənədli sübutlara inanıram, sadəcə birinin mənə söylədiklərinə yox”. O, Uhanda onlara verilən məlumatlarda uyğunsuzluq görmədiyini, ancaq bəzi məlumatları görmədən daha dərin analiz apara bilmədiyini əlavə edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …