GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə bir qrup yerli sakin bələdiyyənin Xavəran bölgəsinin 2-ci ərazisində torpaqların bölünməsilə bağlı müraciətə baxmamasına etiraz məqsədilə aksiya keçiriblər.
Sakinlər iddia edirlər ki, 2010-cu ildən 2017-cı ilədək bələdiyyə tərəfindən hər biri 190 kvadratmetr olmaqla 1000 kvadratmetr torpaq sahəsinin onlara verilməsi üçün əvvəlcədən təsdiq edilmiş plan olmadan torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılıb və indiyədək bununla bağlı heç bir tədbir görülməyib.