Çərşənbə axşamı , Yanvar 21 2025
azfa

Təbrizdə molla rejimin Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi körpənin adını zorla “Ayman” yerinə “İman” yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Möhsün Qasımianın oğluna “Ayman Paşa” və “Ayman” adının verilməsinə qarşı çıxaraq, zorla doğum şəhadətnaməsinə həmin türk adı yerinə iman adı yazıb.

 Aymanın atası Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2019-cu ilin sentyabr ayında dünyaya gəlib və biz onun üçün türkcə “Ayman Paşa” adını seçmişik. Təbrizdə Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri bizə dedi ki, eyni anda iki hissəli ad seçmək olmaz! Halbuki ölkədə Əmir Hüseyn, Məhəmməd Əli, Əmir Taha və s. kimi minlərlə mürəkkəb adlar üçün doğum şəhadətnaməsi verilir. Bu süni əngəl səbəbindən biz oğlumuza Ayman adını seçmək qərarına gəldik, ancaq idarə işçiləri bu ada da sənəd verməkdən imtina etdilər. Biz də “Ad Seçim Sistemi”nə şikayət ünvanlayaraq, lazımi sənədləri təqdim etməklə bu ad üçün şəxsiyyət vəsiqəsinin alınmasını xahiş etdik. Bir müddət sonra Tehrandakı “Ad Seçmə Komitəsi” bizə Ayman adı üçün şəxsiyyət vəsiqəsi əldə etməyə  icazə verdi. Ancaq idarə işçiləri oğlumuzun adını Ayman yerinə ərəbcə İman şəklində qeyediyyata almışdılar. Nəhayət çoxsaylı şikayətlərdən sonra biz oğlumuz üçün Ayman adı ilə yeni şəxsiyyət vəsiqəsi ala bildik.”

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı körpələrə türkcə ad qoymağı qadağan etməklə Azərbaycan Türk Millətini öz dili və mədəniyyətinə yadlaşmağı və bir millət kimi onları assimilyasiyaya uğratmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Təbrizdə rabitə işçiləri etiraza qalxıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Şərqi Azərbaycan əyalətinin telekommunikasiya şirkətinin Təbrizdəki əməkdaşları …

Ermənsitan XİN rəhbərinin müavini Xameneyinin müşaviri ilə görüşüb

GADTB: Dünən Tehranda Ermənistanın xarici işlər nazirinin müavini Vahah Kostanyan İranın ali rəhbəri Əli Xameneyinin …