Cümə axşamı , Yanvar 2 2025
azfa

Təbrizdə oğlan və qız öyrəncilərin ayrı-ayrı vaqonlara yerləşdirilməsi etiraza səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Mədəni” Universitetinin rəhbərliyi öyrənciləri daşıyan qatarda onları cinsi üzrə yenə ayırmağa cəhdi etiraza səbəb olub.

Öyrənciləri Təbrizdən Azərşəhrə (Tufarqan) 35 kilometr məsafədə yerləşən universitetə daşımaq üçün qatardan istifadə olunur. Həmin məsafədə qatarda cins üzrə vaqonların ayrılması öyrəncilərin etirazına səbəb olub.

Öyrəncilər 2022-ci ilin sentyabrında “Qadın, Həyat, Azadlıq” hərəkatı ilə başlamış kütləvi etirazlar zamanı qatardan cinsi ayırma olmadan istifadə etməyə nail olublar. Lakin universitet rəhbərliyi yenidən bu məsələdə hərəkətə keçib.

Qeyd olunub ki, 2022-ci ilin noyabr ayında bir neçə oğlan öyrənci Təbrizə qayıtmaq istəyərkən cinsi ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi ilə qız öyrəncilər onları eyni vagona minməyə dəvət edib. Bu zaman qatar məmuru müdaxilə edərək nalayiq söyüşlər söyməyə başlayıb və qız öyrəncilərdən birini döyərək ona bədən xəsarəti yetirib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …