Bazar , Oktyabr 27 2024
azfa

Təbrizdə posterlər yayıldı; Fars şovinizmi müstəmləkəçiliyindən qurtulmağın yeganə yolu müstəqillikdir

GADTB: Dünən bir qrup azərbaycanlı fəal Azərbaycan millətinin ağır iqtisadi vəziyyətinə etiraz əlaməti olaraq, Azərbaycan işçilərinin tələblərini dəstəkləmə istiqamətində divarlara etiraz vərəqələri yapıdırıb və ya geniş şəkildə yayıblar.

Təbriz şəhərinin bir qrup fəalı hazırladığı posterlərin üzərində yazılıb “İqtisadiyyat cəmiyyətin dayağıdır, Fəhlə iqtisadiyyatın dayağıdır”, “Müstəqillik fars çovinizmindən qurtarmağın yeganə yoludur”, “Azadlıq, Ədalət, Milli Hökumət” və “insanlara azadliq, millətlərə istiqlal”.

Qeyd edək ki, azərbaycanlı fəallar Azərbaycan millətinin oyanış və şüurunda milli mübarizənin öncülləri kimi hakimiyyətin mərkəzçi və şovinist siyasətinə, millətin milli özünüdərkinin zəruriliyinə müxtəlif yollarla, məsələn, vərəqə və posterlər yaymaqla reaksiya veriblər.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta və Sara xanım Azərsun Türkiyə Cümhuriyyətinin 101 illiyi tədbirlərinə qatılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının …

Salar türkləri, yaşadığı yerlər və dili

GADTB: “Türk dilinin sehirli dünyası” rubrikamızda Çin tərəfindən rəsmi olaraq türk və sünni-müsəlman kimi qəbul …