GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Şərqi Azərbaycan əyalətinin telekommunikasiya şirkətinin Təbrizdəki əməkdaşları işi dayandıraraq etiraz aksiyası keçiriblər.
Etirazçılar Şərqi Azərbaycan əyalətinin Təbrizdəki Mərkəzi Telekommunikasiya İdarəsinin qarşısında toplaşıblar.
Narazı işçilər əmək haqlarının ödənilməməsinə, siğorta və qanunla nəzərdə tutulmuş digər hüquqlarının təmin olunmamasına etiraz ediblər.
“Bundan öncə qanuni hüquqlarımızın təmin edilməsi tələbi ilə keçirdiyimiz aksiyalara görə şirkət rəhbərliyi bizi müqavilələrin ləğvi və işdən qovulmaqla hədələyib”, – deyə, etirazçı işçilər bildiriblər.