Cümə axşamı , Oktyabr 22 2026
azfa

Təbrizdə Traktor zavodunun işçilərinin tətil aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Traktor zavodunun işçiləri tətil aksiyası günlərdir davam edib.

Təbrizin Traktor zavodunun motor istehsalatı bölməsinin işçiləri yanvarın 29-dan başlatdıqları tətil aksiyasını hələ də davam etdirirlər.

Etiraz edən işçilər Təbriz Traktor İstehsalat Şirkətinin yeni baş direktorunun dəyişdirilməsini, əmək haqqılarının artırılmasını və əmək təhlükəsizlikləri barədə təminat verilməsini istəyirlər.

İşçilər həmçinin vəzifə təsnifatlarının tətbiq edilməsini, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsini, sığortaları sahəsindəki problemlərin həlli ilə bağlı zavod rəhbərliyinin əməli addım atmasını istəyirlər.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında etirazlardan sonra zavod rəhbərliyində dəyişikliyin olacağı, işçilərin tələblərinin nəzərə alınacağı ilə bağlı verdiyi vədlər yerinə yetirilməyib. Buna görə də narazı işçilər zavodda toplaşaraq əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını tələb ediblər.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …