GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəalların Urmiya gölünün qurudulmasına qarşı aksiyaları yeni posterlərlə davam edir.
Təbrizdə azərbaycanlı mədəni və ətraf mühit fəalları şəhərin müxtəlif küçələrində üzərində Urmiya gölü ilə bağlı şuarlar yazılmış posterlər yapışdırmaqla Urmiya gölünün qurudulmasına, gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.
Azərbaycanlı fəallar həmçinin Təbrizin piyada keçidlərinin birində üzərində türkcə “Bizi çağırır səsini eşidirsən deyir: susuzam” şüarı yazılmış plakat asıblar.
Beləliklə, azərbaycanlı fəallar davamlı olaraq Urmiya gölünün qurudulmasına etirazlarını bildirib və gölün bərpa edilməsini istəyiblər.
Qeyd etmək lazımdır ki, İran rejiminin qərəzli və düçmən münasibəti ilə gölə axıdılan çayların qarşısında sədlər çəkilib və nəticədə göl quruyub.