GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Təbrizdə Qaraqışlaq etirazlarına dəstək və molla rejimin öz cızığını keçməsinə xəbərlarlıq mesajını əks etirən aksiya keçiriblər.
Bir qrup azərbaycanlı fəal Təbrizin Çaykənar bölgəsində yerüstü piyada keçidində “Azərbaycan üçün birləşək” devizi altında İran rejiminə qarşı bir olmağa səsləyən şüar yazılmış banner asıblar
Fəalların körpüdən asdığlı bannerdə yazılıb:
“Vətən namusdur, türk millətini bununla sınamayın!”
Qeyd edək ki, irqçi fars-molla rejimi Qaraqışlaqda əhalinin haqlı etirazlarına divan tudu. Bu isə azərbaycanlı milli fəalların da haqlı etirazı ilə qarşılaşıb.