GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən noyabrın 1-də Güney Azərbaycanın Traxtur futbol komandasının Tehranın İstiqlal komandasını ilə Səhənd stadionunda yarışında yüz min tərəfdar Azərbaycan və Türkiyə bayrağı qaldırıb, milli şüarlar səsləndiriblər.
Traxtur tərəfdarları irqçi fars rejimin dəstəyi ilə kürdlərin terrora dəstək aksiyalarına cavab olaraq “Türkiyə-Türkiyə” şüarı səsləndirməklə türk əsgərinə və “Barış pinarı” antiterror əməliyyatına dəstək veriblər.
Tərəfdarlar həmçinin əsgər salamı ilə türk əsgərini himayə ediblər.
Azərbaycanlı tərəfdarlar Azərbaycan türkcəsində təhsil tələbi məqsədilə “Türk dilində mədrəsə- olmalıdır hər kəsə” şüarı da səsləndiriblər.
Təbrizin Səhənd stadionu tamamilə dolduğu üçün azərbaycanlı tərəfdarlar ətraf dağlardan da yarışı izləyib.