Bazar ertəsi , Noyabr 2 2026
azfa

Təbrizin Şahgölü ətrafındakı azsaylı bağlardan biri məhv edildi; Təbriz “bağ şəhər”indən “beton şəhər”inə çevrilir- Video

GADTB: Təbrizin Şahlgölü ətrafında qalan azsaylı bağlardan biri davam edən tikinti işləri nəticəsində məhv edilib.

Məlumatlara görə, bağdakı hündür və yaşıllığı ilə seçilən ağaclar buldozerlər vasitəsilə kökündən çıxarılıb. Uzun illər ərzində formalaşmış bu yaşıl ərazinin yerində yaxın zamanda yeni beton tikilinin inşa ediləcəyi bildirilir.

Son illərdə Təbrizdə tikinti layihələrinin genişlənməsi və bağların ardıcıl şəkildə azalması şəhərin simasını ciddi şəkildə dəyişdirib. Bir zamanlar “bağ şəhər” kimi tanınan Təbriz getdikcə daha çox beton tikililərin üstünlük təşkil etdiyi, təbii görünüşünü itirən yaşayış məkanına çevrilir.

Ətraf mühit müdafiəçiləri və şəhər sakinləri yaşıllıq sahələrinin azalmasının havanın keyfiyyətinə, şəhərin ekoloji tarazlığına və insanların həyat şəraitinə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Mütəxəssislərin fikrincə, şəhərin davamlı inkişafı üçün yeni tikinti layihələri ilə yanaşı, mövcud bağların və yaşıl sahələrin qorunması da prioritet məsələlərdən biri olmalıdır. Təbrizin tarixi və təbii kimliyinin qorunması baxımından şəhərdə qalan yaşıl ərazilərin taleyi ictimai narahatlıq doğurmaqda davam edir.

https://t.me/GADTB1/54288

Həmçinin yoxlayın

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı səfirliyinə imzaladıqları açıq məktubu təqdim ediblər

GADTB: Azərbaycanın bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da …

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti …