
GADTB: İki aydır maaş və müavinətlərini ala bilməyən “Traktorsazi” zavodunun işçiləri səkkiz gündür tətil aksiyasi keçirirlər.
Həmin zavod avtomobil, kənd təsərrüfatı, neft və qaz, dəmir yolu, dənizçilik, yol və tikinti, mədənçıxarma və ümumi mühəndislik daxil olmaqla müxtəlif sənaye sahələrində geniş çeşiddə vacib avadanlıqlar istehsal edir.
Qeyd edək ki, zavodun min nəfərə qədər işçisi olduğu bildirilir. Ancaq yeddi gündür ki, zavodun direktorundan da xəbər yoxdur. İşçilər bu acınacaqlı vəziyyətə etiraz edir.