Cümə axşamı , Sentyabr 24 2026
azfa

Təcavüzkar Ermənistan yeni itkilərini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan – Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 2-si yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bir qədər öncə Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda 2 erməni əsgərin yaralandığını, daha 5 əsgərin taleyinin isə naməlum olduğunu açıqlamışdı.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğunu açıqlayıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Ermənistan Müdafiə Nazirliyi bugünkü atışmada ölən və yaralananlarla bağlı məlumatı yeniləyib.

Bildirilib ki, Ermənistan ordusu 3 əsgər itirib, 4 əsgər isə yaralanıb.

Qeyd edilib ki, hazırda sərhəddə vəziyyət stabildir.

Ermənistan tərəfi bugünkü atışmada yaralanan erməni hərbçilərinin sayını açıqlayıb.

Ermənistan İstintaq Komitəsinin yaydığı son məlumata görə, yaralananların sayı 5-ə çatıb.

Xatırladaq ki, erməni Teleqram kanalları 5 erməni əsgərin məhv edildiyini yazıb.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …