Şənbə , Aprel 18 2026
azfa

Taliban Amerikanın modern silahlarını dörddə bir qiymətə İrana satıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Amerika ordusunun zirehli maşınlarını, insansız uçaqlarını və helikopterlərini Talibandan dörddə bir qiymətə satın aldı.

Bununla bağlı əfqanıstanlı jurnalistlərə aid Teleqram kanalında görüntülər yayılıb. Bu gün Amerikanın bir neçə “Humvee” və “Ranger” zirehli maşını İranın paytaxtı Tehranda İran Ordusunun qoşqularının üstündə naməlum yerə daşınarkən görülüb.

Əfqanıstan Müdafiə Nazirliyinin keçmiş müvəqqəti başçısı Bismillah Məhəmmədi də həmin şəkillərdən birini öz Tvitter hesabında paylaşaraq, İranı “pis qonşu” adlandıraraq yazıb: “Əfqanıstanın pis günləri əbədi deyil”.

Tehran Semnan arasında da həmin modern silahlar daşınarkən lentə alınıb.

Eyni zamanda, İranın Semnan-Gərmsar şəhər Yol Polisi İdarəsindən yayılan görüntülərdə Amerikanın “Humvee” zirehli maşınlarının İran Ordusunun qoşquları üstündə Əfqanıstandan İrana daşındığı müşahidə edilib.

Taliban hələlik bu haqda heç bir şərh verməyib.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …