Bazar ertəsi , Fevral 9 2026
azfa

Tanımış azərbaycanlı fəal Abbas Lisaninin apelyasiya məhkəməsi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi rejimin Ərdəbildə yerləşən zindanında həbsdə olan azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin apelyasiya məhkəməsi keçiriləcək.

Məhkəmənin göndərdiyi çağırış vərəqəsində fəalın sentyabrın 16-da məhkəməyə müraciət etməsi istənilib. Rejimin Apelyasiya məhkəməsində ilkin məhkəmənin fəal barəsində 8 illik həbs qərarına edilən etiraz şikayətinə baxılacaq.

Rejimin məhkəməsinin göndərdiyi çağırış vərəqəsində yazılıb: “Sistemə qarşı müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək, kürd qövmü ilə savaş məqsədi ilə təbliğat aparmaq, sözdə mədəni qrup adlanan GAMAC-da üzv olmaq, həmçinin onun yaradılması və idarəçiliyində iştirak etmək, sistemə qarşı olan mətbuat orqanlarına müsahibə verərək yalan məlumat yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə əlaqədar şikayətinizə baxılması üçün təyin olunan vaxtda Apelyasiya Məhkəməsi şöbəsinə müraciət edin”.

Qeyd edək ki, Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …

Bir cavab yazın