Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türk ölkəsi Özbəkistan Türk Konseyinə qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Özbəkistan türksoylu dövlətlərin birləşdiyi Türk Konseyinə (Türk Şurası) qoşulmaq haqda qərar çıxardı.

Bu tarixi qərarı bir neçə saat əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan etdi: “Yaxşı bir xəbərim var. Özbəkistan da Türk Konseyinə qatılmaq qərarına gəldi. Türk Konseyinin katibliyinə rəsmi olaraq müraciət etdi”.

Çavuşoğlu daha bir müjdə də verdi: “İlk dəfə olaraq Türkmənistandan da müsbət siqnal aldıq. Türkmənistan rəhbərliyi Konseydə müşahidəçi üzv olaraq qatılmaq istədiyini bəyan edib. Bunun üçün Türk Konseyinin Baş katibi Bağdad Amreyev və müavini Türkmənistana gedəcək”.

Çavuşoğlu Macarıstanın keçən il İssik Göldə keçirilən sammitdə quruma müşahidəçi üzvü olduğunu və Türk Şurasının digər üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə 19 sentyabrda Macarıstanın paytaxtında Türk Şurasının Avropa qərargahını açacağını xatırlatdı.

Qeyd edək ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dövründə Özbəkistan qardaş Türk ölkələri ilə yaxınlaşma, inteqrasiya prosesindən uzaq saxlanılıb. Onun ölümündən sonra hakimiyyətə gələn Prezident Şövkət Mirziyayev Özbəkistanın Türk Birliyinə qovuşması üçün siyasi iradə ortaya qoyub. Özbəkistanın Türk Konseyinə qoşulması haqda tarixi qərar da məhz cənab Mirziyayevin qərarıdır.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …

Bir cavab yazın