Tanınmış azərbaycanın fəallar və yazıçılar azərbaycanlı siyasi məhbusların azadlığı üçün müraciət ünvanlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 160 nəfər azərbaycanlı ziyalı, şair və fəal irqçi fars rejimin Məhkəmə Sisteminin rəisinə müraciət edərək koronaviris epidemiyası ilə əlaqədar zindanlarda saxlanılan azərbaycanlı siyasi məhbusların müvəqqəti sərbəst buraxılması üçün müraciət ediblər.

Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə göndərilən məktubda mühəndis Yaqub Təqəvi, Hüseyn Məhəmmədxani (Güneyli), Həsən Raşidi, Heydər Bəyat, Əzim İbadpur (Eyvəz Taha), Ayət Mehrəlibəyli (Yürüş), Əkbər Azad, Huşəng Cəfəri, Səid Nəimi və s. kimi tanınmış fəalların imzası var.

Fəallar məktubda yazıblar: “Təhlükəli koronavirus ölkədə geniş yayılıb. Səhiyyə Nazirliyi və sair müvafiq orqanlar tərəfindən çoxlu tədbirlərin görülməsinə baxmayaraq, yüzlərlə insanı bu bəladan xilas etmək mümkün olmayıb. Ölkənin müxtəlif həbsxanalarında koronovirusun yayılması barədə xəbərlər nigarançılığa səbəb olub. Bu virusla mübarizədə dezineksiya maddələri çatışmır. Həbsxanalarda da eyni vəziyyət hökm sürür. Məhbusların qapalı bir məkanda, bir-birləri ilə daha yaxın və sıx təmasda olması onları virus təhlükəsi ilə üz-üzə qoyur. Siyasi məhbuslara məzuniyyət(müvəqqəti azadlıq, mürəxxəsi) verilməsi həbsxanalarda böyük bir insani faciənin yaranmasının qarşısını ala bilər.

Bu qərar məhbus ailələri, cəmiyyətimiz və dünya ictimaiyyəti qarşısında müsbət bir addım kimi qiymətləndiriləcək. Odur ki, biz Azərbaycan jurnalistləri, yazar və mədəni fəalları bütün siyasi məhbuslara, özəlliklə, Azərbaycanın həbsdə olan mədəni fəallarına mürəxəssi verilməsini xahiş edirik”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın