Bazar ertəsi , Oktyabr 26 2026
azfa

“Nyu York Tayms” yunanların qaçqınlara qarşı barbarlığından yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın “Nyu York Tayms” qəzeti yunan hərbçilərinin sərhəddə miqrantlara qarşı qeyri-insani rəftarını sərt şəkildə qınayıb.

Qəzet yunan əsgərlərinin miqrantları tutaraq gizli mərkəzlərə apardığını yazıb.

“Yunanıstanın şimal-şərqində gizli mərkəz var. Hərbçilər burada miqrantları soyundurur, döyür və qeyri-qanuni şəkildə Türkiyə tərəfinə göndərir. Bundan başqa, Egey dənizində içində qadın və uşaqların olduğu qayıqlara təhlükəli şəkildə müdaxilə edirlər”, – məqalədə qeyd edilib.

Məqalədə sərhəddə 22 yaşlı miqrantın hadisə yerindəki videogörüntüləri və yunan əsgərləri tərəfindən öldürüldüyü də vurğulanıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın