Tatar: Türk ordusu Şimali Qıbrısdan çıxmayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ərsin Tatar deyib ki, Türkiyə əsgəri Şimali Qıbrısdan çıxmayacaq, Türkiyənin qarant rolu həmişə qalacaq.

Tatar həmçinin deyib: “Cənubi Kipr-Afina cütlüyü ilə BMT və Avropa İttifaqının (Aİ) Türkiyənin qarant rolunun ləğv edilməsi, türk əsgərlərinin Şimali Kiprdən çıxarılması və ittifaqın Şimali Qıbrısda təhlükəsizliyi təmin etməsi tələbi indi daha yaxşı anlaşılır. Ancaq dünya bunu bilməlidir ki, Türkiyənin qarant rolu ləğv edilməyəcək, türk əsgəri Kiprdən çəkilməyəcək və Kipr Qəzza olmayacaq”.

Həmçinin yoxlayın

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən 17 ay ötür

GADTB: Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin …

İranın qatı müxalifi CENTCOM-a rəhbər təyin edildi

GADTB: ABŞ prezidenti Donald Tramp admiral Bred Kuperin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yeni komandanı vəzifəsinə …