Azərbaycan türklərinin ad dəyişmə tarixindən

GADTB: Qafqaz türklərinin böyük əksəriyyəti tarix boyu bir ərazidən digərinə köçürülərək öz əzəli tarixindən uzaqlaşdırılmış, uzun illər öz kimliyini dərk etmək imkanı tapmamışlar. Azərbaycan adlı coğrafiyada yaşayan türklərin də tarixi ərazilərinin parçalanması nəticəsində zaman-zaman tarixini itirməsi və kimliyindən uzaqlaşması halları baş vermişdir. Məqalədə hal-hazırda azərbaycanlı adlandırılan, yalnız Azərbaycan Respublikasında deyil vaxtı ilə bir olan, indi isə ayrılmağa məcbur qalaraq qonşu dövlətlərin ərazisində yaşayan toplumun iki yüz il– XIX-XX yüzilliklər ərzində üzləşdiyi tarixi ədalətsizlikdən bəhs edilir. Qədimdən bu günədək müxtəlif dövlətlərin yaranmasında və idarə edilməsində xüsusi rolu olan Azərbaycan türklərinin milli kimliyini  unutdurmağa çalışan, antitürk siyasəti yürüdülərək həm Çar Rusiyası zamanında, həm də Sovetlər Birliyi dönəmində saxta tarix formalaşdırılmış, Azərbaycan türklərinə müxtəlif adlar verərək onların etnogenezini hakim ideologiyanın maraqlarına uyğun tərzdə “araşdırmışlar”. Bu kiçik məqalədə müasir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının ərazisində yaşayan türklərin arasına qoyulmuş süni sərhədlərdən və onların yaradılması yollarından danışılır.

Azərbaycan alimlərinin ali məktəblərdə mühazirə söyləyənlərinin əksəriyyəti yaxın keçmişə qədər tələbə auditoriyalarında mübahisəyə səbəb olan əsas suallardan biri kimi “Biz kimik – türk, azəri, yoxsa azərbaycanlı?” sualının olduğunu söyləyə bilər. Azərbaycanda yaşayan qeyri-türk xalqlarının hər biri bu sualın cavabını çox yaxşı bilir- ləzgi də, talış da, avar da, saxur da hər biri, yalnız türk olanlar “biz türkmüyük, ya azərbaycanlıyıq?” sualı ilə üz-üzə qalır. Bəzən də özlərinə “azəri”yik deyərək bir xalq olduqlarını vurğulamağa çalışırlar. Nədir bunun səbəbi? Hansı səbəblərdən Azərbaycan

Azərbaycan alimlərinin ali məktəblərdə mühazirə söyləyənlərinin əksəriyyəti yaxın keçmişə qədər tələbə auditoriyalarında mübahisəyə səbəb olan əsas suallardan biri kimi “Biz kimik – türk, azəri, yoxsa azərbaycanlı?” sualının olduğunu söyləyə bilər. Azərbaycanda yaşayan qeyri-türk xalqlarının hər biri bu sualın cavabını çox yaxşı bilir- ləzgi də, talış da, avar da, saxur da hər biri, yalnız türk olanlar “biz türkmüyük, ya azərbaycanlıyıq?” sualı ilə üz-üzə qalır. Bəzən də özlərinə “azəri”yik deyərək bir xalq olduqlarını vurğulamağa çalışırlar. Nədir bunun səbəbi? Hansı səbəblərdən Azərbaycan müqaviləsindən 1991-ci il Quzey Azərbaycan yenidən azadlığına qovuşanadək  istər Çar Rusiyası tərəfindən, istər Sovetlər Birliyi dövründə yürüdülmüş bu siyasət nəticəsində Azərbaycan türkləri həm öz əzəli torpaqlarının bir hissəsini, həm də onun tarixi ləyaqəti sarsıldı. Artıq millət olaraq öz tarixi keçmişi ilə fəxr edə bilməyəcək hala gəldi, və bu da xalqda gələcəyinə, sabahına inamını azaltdı. XX yüzilliyin 80-cı illərində ali məktəblərin birində Azərbaycan tarixini tədris edən müəllimlərdən biri “Xürrəmilər hərəkatı və Babək” mövzusunda mühazirə söyləyərkən birdən üzünü auditoriyaya tutaraq deyir: “Biz Babəkin deyil, o işğalçılarla döyüşən zaman kol-kos dibində gizlənənlərin nəvələriyik”. Müəllimin bu sözündən hiddətlənən bir tələbə ayağa qalxaraq “ Müəllim, o sizsiniz, biz Babəkin nəslindənik” deyir və həqiqətən də XX yazilliyin 80-ci illərində qalxan milli azadlıq hərəkatı tələbənin nə qədər haqlı olduğunu göstərdi. Bəs, illər uzunu Azərbaycan tarixi adlı fənni tədris edən müəllimi bu acı fikri dilə gətirməyə nə məcbur etdi? Əlbəttə ki, tarix boyu aparılmış azadlıq mücadilələrinin nəticəsiz qalması… Amma 1991-ci ildə Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsinə baxmayaraq 1918-1920-ci illərdə  

fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyətini təşkil edən Quzey Azərbaycan ərazilərinin bir hissəsi artıq Azərbaycan SSR dövründə Sovetlər Birliyinin ədalətsiz milli siyasəti nəticəsində itirilmişdi, o torpaqların yenidən geri qaytarılması SSRİ-dən qopmuş və müstəqilliyini əldə etmiş digər dövlətlərlə siyasi münaqişələrə gətirib çıxara bilərdi. Artıq Azərbaycan türklərinin öz tarixlərini olduğu kimi araşdırma və qapalı arxivlərə daxil olma imkanları var idi və bu illərdən etibarən Vətən tarixinin yeni müstəqil proqramı hazırlandı, bəzi tarixi dövrlər yenidən elmi tədqiqatlara cəlb edildi, amma artıq özünün “azərbaycanlı” adına alışmış xalqa əsl adının türk olduğunu anlatmaq o qədər də asan olmadı.

Azərbaycan türklərinin ad dəyişməyə məruz qalma prosesinin bir neçə tarixi mərhələyə bölmək olar: 1) 1828-1917-ci illər Quzey Azərbaycan torpaqlarının Çar Rusiyasının hakimiyyəti altında olduğu dövr; 2) 1920-1991-ci illər   Quzey Azərbaycanın bolşevik-kommunust rejimində olduğu dövr.

Gürcüstanın Rusiya tərəfindən birləşdirilməsi ilə Borçalı, Qazax, Şəmşəddil və Pəmbək torpaqları da rus ordusu tərəfindən ələ keçirildi və bu torpaqlarda əsrlərdən bəri yaşayan türk-müsəlmanlar ruslar tərəfindən “tatarlar” adlandırılmağa başlandı. Rus istilasında xüsusi rol oynamış general Sisianovun Gəncə xanına yazdığı məktublardan imperiya siyasəti əsil mahiyyətini açır. Cavad xana birinci məktubinda Sisianov qeyd edir ki, “…Gəncə və onun ətrafı çariça Tamaranın hakimiyyəti dövründə Gürcüstana mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılıb. Bütün Rusiya imperatorluğu isə indi Gürcüstanı özünün hər şeyə qabil himayəsi altına aldığından, onun parçalanmasına göz yuma bilməz. Rus imperiyasının güc və ləyaqəti ilə Gürcüstanın qəniməti və bir parçası olan Gəncənin yadların əlində qalması bir yerə sığışa bilməz”. (1, s 582) Bu məktubdan gətirilmiş nümunədə Gəncə və onun ətrafının məhz nə zamansa gürcülər tərəfindən ələ keçirilməsi hadisəsinə əsaslanaraq indi bu torpaqlarda yaşayanlar “yad” hesab edildiyi səbəbindən Gəncənin guya Gürcüstanı himayə edən Rusiyaya verilməsi tələb edilir. Çox maraqlı məntiqdir. Ən əsası da odur ki, Rusiya Qafqazda apardığı işğallarda məhz bu tipli əsassız iddialarla türkləri öz vətənlərində sıxışdırmış, öz ana yurdlarında özlərini “yad” olaraq hiss etmələrinə çalışmışlar. Azərbaycan türklərinin tatar adlandırılması ilə bağlı tarixi ədəbiyyatda mövcud mülahizələr belə adlandırmanın qonşuluqda olan dövlətlətlərin – Qacarların və Osmanlının türk əhalisindən mədəni ayrılma siyasətinin yürüdülməsi ilə əlaqələndirilir. Bəlkə də bu, Azərbaycan türklərinin digər türklərdən fərqləndirilməsi uçun ümumiləşdirilmiş bir ad idi. Amma, maraqlısı budur ki, orta əsr gürcü qaynaqlarında da Azərbaycan türkləri “tatar” olaraq adlandırılır. Bu günki müasir Gürcüstanda tarixi Azərbaycan torpaqlarında yaşayan azəbaycanlılar da hələ də gürcülər tərəfindən “tatar” adlandırılırlar.  XII yüzilliyin əvvvəllərində Gürcüstan çarı David Quramaşvili Tiflisi ələ keçirib Gürcüstanın paytaxtı etdi və bu istila yürüşlərində  Dmanisi (Baş keçid) və Gəncə şəhərlərinin də zəbt edilməsi Gürcüstan çarının “gündəliyinə daxil idi” (4, s.12) Gürcü salnaməçilərinin əksəriyyəti Tiflisdə müsəlman sufilərinin olmasını təsdiq edir. “…Davidin dövründə paytaxt şəhəri Tiflisdə də çoxlu yeni kilsələr, saraylar tikildi, yollar salındı, müsəlman sufilərinin və alimlərinin sarayları ilə yanaşı, gürcü alim və filosofları üçün saraylar ucaldıldı.” (4,  s.12)  Aydındır ki, sufilər Azərbaycanda və Anadoluda yaşayan türk tayfalarının əsas elm və irfan sahibləri idi və bu bölgədə yaşayan türklərin həyat tərzi məhs onların ideologiyasının təsiri ilə formalaşmağa başlamışdı. Dolayısı ilə gürcü qaynaqlarında müsəlman adlandırılan əhali məhz türklərdir. Onların artıq XIV-XVI yüzilliklərə aid qaynaqlarda “tatarlar” adlandırılması faktı ilə üzləşirik.  Sonralar Gürcüstanı ilhaq edərkən Azərbaycanın Borçalı, Şəmşəddil, Şüləvər torpaqlrı XVIII əsrdə Azərbaycan xanlıqları və Kartli-Kaxeti çarlıqları arasında gedən mübarizə nəticəsində sonda gürcülərin hakimiyyəti altına keçdiyindən rusların idarəsinə tabe edilir və Quzey Azərbaycanın bütün ərazisini Qacarlarla apardığı müharibələrdə qazanan Rusiya heç bir etnik sərhədləri nəzərə almadan inzibati idarəçilik sistemi qurarkən 1880-ci il mayın 6-da Şüləver inzibati bölgəsi əsasında Tiflis quberniyası tərkibində Borçalı qəzası və keçmiş Borçalı distansiyasının torpaqlarından Borçalı pristavlığı təşkil olunmuşdu və burada yaşayan əhalinin 33,770 nəfəri Azərbaycan türkü idi. (8, s.10-16) Bu ərazilərdə türklərlə yanaşı yalnız gürcülərin deyil, ermənilərin də yaşaması rus məmurlarının yerli idarəetmədə onları sevməyən türk-müsəlmanlara, yaxud azadlıqsevər gürcü-xristianlara deyil məhz ermənilərə etibar etməsinə və onlara daha böyük imtiyazlar verməsinə səbəb oldu. XIX yüzillik boyunca Güney Qafqaza köçüb gələn ermənilərin sayı durmadan artır. Bu barədə rus tarixçisi N.İ.Şavrov yazırdı ki, “…hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu ölkənin yerlı əhalisinə aid deyil, onları burada biz yerləşdirmişik”(4,s.15) Lakin ermənilərdən fərqi olaraq Azərbaycan türlərinin və gürcülərin rus dilinə və mədəniyyətinə uyğunlaşmaması səbəbindən Çar hökuməti rus rejiminə sadiq ideologiyada yerli xalqların içindən çıxmış savadlı kadrlara ehtiyac duyurdu, rus dilində olan məktəblərə “tatar” adlandırılan əhalini cəlb etmək o qədər də asan olmurdu, bu baxımdan yerli dillərin tədrisi  çox önəmli idi. Lakin bu dillərdə kitabların olmamağı da başqa bir çətinlik yaradırdı (5, s.70). Buna görə də XIX yüzilliyin 30-40-cı illərindən başlayaraq Azərbaycan türkləri ilə bərabər dıgər millətlərdən olan müəllimlər də “tatar” dilinin tədrisi ilə məşğul olur, dərslik və dərs vəsaitləri tərtib edirlər. Məsələn, Zaqafqaziya məktəblər direktoru vəzifəsini icra edən N.Dementyev “Tatar dilinin yazı nümunələri” və “İlk oxu üçün təmsillər və povestlər” adlı vəsaitləri göstərmək olar. (4, s.21) Daha sonralar tərtib edilmiş belə vəsaitlərdən biri 1844-cü ildən Tiflis gimnaziyasında çalışan Qriqoryev adlı bir müəllim Mirzə Şəfi Vazehlə birgə ana dilimizdə “Kitab-i türk”, rus dilində isə “Tatarskaya xrestomatiya azerbaydjanskoqo nareçiya”adlı dərslik yazmışlar. Burdan bəlli olur ki, ruslar da gürcülər kimi Azərbaycan türklərinin türk dilinin özünəməxsus Azərbaycan ləhcəsində danışdığını bilsələr də Güney Qafqaz türklərinə ümumi bir “tatar” adı qoymuşlar. Bu adın düzgün qoyulmadığını ruz ziyalılarının ğzlıri də etiraf edirdilər.  V.Veliçko “Rus işi və tayfalararası məsələ” əsərində hələ XX əsrin əvvəllərində yazırdı ki, azərbaycanlıların tatar adlandırılması qeyri-dəqiqdir, azərbaycanlılar -türklər, turanlılardır, qədim oğuzların, səlcuqluların, müasir türklərin qan qohumudur (7, s.154). Sonralar mütərəqqi rus ziyalıları Azərbaycan maarifpərvərlərinin təsiri altında  yerlı mədəniyyətlə daha yaxından tanış olduqca  qarşılıqlı mədəni əlaqələrin inkişafına səy göstərirdilər. Qori Müəllimlər Seminariyasının türk uşaqları üçün nəzərdə tutulan şöbəsinin açılışında xüsusi xidməti olmuş rus pedaqoqu D.Semyonov açılış törənindəki nitqində belə demişdir: “inkişaf edin, dilinizi və ədəbiyyatınızı qələminizdən çıxan ən yaxşı əsərlərlə zənginləşdirin….Millət öz keçmişini, özünün əxlaqi simasını fərdi xüsusiyyətləri ilə yüksəltməlidir”(4, s 22). Belə düşüncələrin formalaşmasında təbii ki,  rus, gürcü və Azərbaycan türk ziyalılarının Tiflis ictimai mühitində birgə müzakirələri, fikir mübadilələri ən böyük təsir vasitəsi idi. XIX yüzilliyin məşhur ədiblərindən İsmayıl bəy Qutqaşınlının, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, İlya Çavçavadzenin və başqalarının həmfikir olmaları məhz Tiflis mədəni mühitində fəaliyyət göstərmələri ilə əlaqədar idi. Çar Rusiyasının imperialist siyasətinin xalqları öz kökündən ayırma məqsədi uğur qazanmadı, nəticədə nəinki Qafqaz xalqlarının ziyalıları, eyni zamanda Rusiyanın mərkəzi quberniyalarına daha yaxın ərazilərdəki tatar ziyalıları da ümumtürk, ümummüsəlman ideologiyasının təsiri ilə birlikdə milli inkişafa nail olmaq üçün birgə mübarizə aparmağa başladılar. Azərbaycan türklərinin ruslar tərəfindən Kazan türkləri kimi tatar adlandırılması da bu milli kimlikdə ortaq mədəniyyətin mövcudluğundan xəbər verirdi. Elə bu səbəbdən də XX yüzilliyin əvvəllərində artıq Ümumrusiya müsəlmanları dedikdə məhz Rusiya İmperiyası ərazisinə qatılmış torpaqlarda yaşayan türk xalqları nəzərdə tutulurdu. Rusiya müsəlman burjuaziyası məhz Rusiya ərazisində yaşayan türk xalqlarının nümayəndələrindən ibarət idi və onların 1905-ci ildə yaratdıqları “İttifaq-i müslimin” adlanan partiya əslində Rusiya tatarlaının və Azərbaycan “tatarı” adlandırılmış türklərin birlikdə yaratdıqları siyasi təşkilat idi. Rusiya türklərinin beləcə təşkilatlanmasında dövrün məşhur ziyalıları Azərbaycan türklərindən Əlimərdan bəy Topçubaşov, Krım və Kazan tatarlarının ziyalılarından Əbdürrəşid İbrahimov, Yusif Akçura və İsmayıl Qaspıralının böyük xidmətləri olmuşdur. (2, s.229)

Bundan sonra 1917-ci il Rusiya çarının devrilməsinədək milli-mədəni muxtariyyat uğrunda mübarizəsini Rusiya türkləri birgə aparmışlar. Lakin Sovet hakimiyyətinin qurulması ilə milli məsələlərə yeni yanaşmanın tətbiq ediləcəyi bildirildi və bundan sonrakı dövr Azərbaycan türklərinə artıq Sovet dönəmində verilmiş yeni – azərbaycanlı adının formalaşdırılmasına xidmət etmişdir.

Quzey Azərbaycanda 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi azadlıq dövrü xalqımızı qısa müddətə də olsa öz adına qovuşdurdu. Artıq Azərbaycan adlı bir dövlətin olması burada yaşayan türklərin Azərbaycan türkləri adlandırılmasına heç bir süni maneə yaratmağa imkan vermirdi. Quzey Azərbaycanın əsas tarixi torpaqlarını əhatə edən Azərbaycan Cümhuriyyətinin Azərbaycan tarixinə, ədəbiyyatına, dilinə dair qəbul ediliş bütün qərarlar xalqın bilavasitə özünüdərkinə yol açır, Osmanlı türkləri ilə Qafqaz türklərinin yaxınlaşma imkanları yaranmışdı. Lakin xalqın öz əsil adına qovuşma mərhələsi çox sürmədi. Rus bolşevizminin rəhbəri V.İ.Leninin Milli azadlıq adı ilə ustalıqla pərdələdiyi yeni Sovet Rus imperiyasının yaradılması yolunda atılan addımlar Azərbaycanın müstəqil dövlətçilik tarixinə yeni bir zərbə vuraraq Azərbaycan Cümhuriyyəti hökumətinin süqutu və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə nəticələndi. Buna baxmayaraq Sovet Azərbaycanının ilk günlərində Azərbaycan türkləri və türklər kəlməsi hələ də işlənməkdə, milli dəyərlərə önəm verən bir sıra bolçevik rəhbərlərinin fəaliyyəti sayəsində qorunub saxlanmaqda idi. Lakin çox keçmədi ki, Sovet hökumətinin də İmperiya maraqlarına xidmət edən siyasətinin əsil siması açıldı. Belə ki, tezliklə Azərbaycan Cümhuriyyəti zamanında təqribən 114 min. kv.km. əraziyə malik olmuş Quzey Azərbaycanın ərazisi Bolşevik Rusiyasının guya beynəlmiləlçi siyasəti nəticəsində Azərbaycanın ərazisinin bu torpaqdan qoparılıb qonşu yeni yaranmış Sovet Respublikaları sərhədlərinə qatılmaqla  Azərbaycan türklərinin də milli hüquqları bir daha tapdandı. Belə ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti tərəfindən müstəqilliyini yeni elan etmiş Ermənistan Respublikasına güzəştə gedilmiş İrəvanda 1920-ci ilin noyabrında Sovet Hakimiyyəti elan edildi və 1920-ci il dekabrın 2-də RSFSR ilə Ermənistan arasında səkkiz maddədən ibarət bağlanmış müqaviləyə görə Azərbaycan türklərinin çoxluq təşkil etdiyi İrəvan quberniyasının, Zəngəzur qəzasının, Qazax qəzası hissəsinin və Tiflis quberniyası hissəsinin “Sovet Erməni Respublikasının” tərkibinə daxil olduğu təsdiq edildi. (3, s 60) Bəs, bu zaman bu qədər Azərbycan türkü necə adlanırılacaqdı – türkmü, tatarmı, ya Ermənistanlımı?!  Bəs, Borçalı, Şəmşəddil, Qarayazı, Başkeçid torpaqları ilə birgə Gürcüstanın tabeçiliyinə keçən Azərbaycan türkləri özlərinə yenə də Cümhuriyyət dövründəki kimi türk deyə biləcəkdilərmi? Türkiyə Cümhuriyyətinin başçısı Mustafa Kamal Atatürkün Azərbaycan səfirini qəbul edərkən “Azərbaycan türklərinin dərdləri öz dərdlərimiz, sevincləri öz sevinclərimiz olduğu üçün, onların öz muradlarına nail olmaları, azad və müstəqil olaraq yaşamaları bizi artıq dərəcədə sevindirir” (3, s.67) ifadəsi hər bir Azərbaycan tarixçisinə bəllidir. Amma, bu yaxın münasibət, xüsusilə Nəriman Nərimanov və Mustafa Kamal Atatürk arasında olan dostluq münasibətləri türk xalqların yaxınlaşmasında Sovet imperiya siyasətinin yürüdülməsinə təhlükə görüldüyü üçün çox keçmədən xalqın doğma adının yenə yadlaşdırılması və tarixi köklərindən uzqlaşdırılması siyəsətinə rəvac verildi. 1920-1922-ci illərdə hələ də özünü türk bilərək türk adlandıran xalq tədricən Sovet ideologiyasının yönəltdiyi təhsil vasitəsilə özünün yer mənsubiyyətini bildirən yeni adına mərhələ-mərhələ uyğunlaşdırıldı. Sovet hökumətinin ilk  20-ci illərində özlərini türk adlandıran Azərbaycan türkləri XX əsrin 30-cu illərindən etibarən artıq azərbaycanlı adlanmağa başladılar. SSRİ-nin yeni rəhbəri İosif Stalinin yeritdiyi milli siyasət antitürk xarakterinə görə  Çar Rusiyasının siyasətindən fərqlənmirdi. Azərbaycan SSR-in 86,6 min kv.km. ərazisində yaşayan Azərbaycan türkləri azərbaycanlılar, digər dövlətlərin tərkibində qalanlar isə  gah tatar, gah iranlı, gah ermənistanlı, gah da gürcüstanlı adlanmağa başlandı. Hətta bu illərdə aparılmış elmi tədqiqatların özündə belə Azərbaycan türklərinin türk olmamalarını sübuta yetirməyə çalışan nəzəriyyələrə üstünlük verilməyə başlandı (İ.Əliyev, R.Hüseynov, Ə.Sumbatzadə, R.Qasımova və b.). Əvvəlcə Türkiyə türklərinin mədəni mühitindən qoparmaq üçün Azərbaycanda heç bir ehtiyac olmadan bir neçə dəfə əlifbanın dəyişdirilməsi, daha sonra Quzey Azərbaycanla Güney Azərbaycan ərazisində yaşayan türklərin kök birliyinin şübhə altına alan elmi nəzəriyyələrə yer verilməsi xalqı bir daha öz tarixi köklərindən uzaqlaşdırdı. 1937-ci ildə SSRİ vətəndaşlarına ümumi  vətəndaşlıq pasportları verilməyə başladı ki, burda da hər kəsin yaşadığı respublikaya mənsubiyyəti milli mənsubiyyət kimi göstərilməyə başlandı. Azərbaycan SSR-də yaşayanların hamısı azərbaycanlı (ruslar istisna) adlandırılırdı ki, bu da  həm digər respublikaların vətəndaşı olan Azərbaycan türklərinin, həm də Azərbaycanda yaşayan türklərin öz etnik adlarından məhrum olması demək idi. Belə ki, Azərbaycan ərazisində yaşayan qeyri-türk xalqların hər biri öz adı ilə çağırıla bildiyi halda Azərbaycan türklərinə azərbaycanlı deyilirdi. Məsələn, ləzgi bilir ləzgidir, talış bilir talışdır, kürd bilir kürddür, türk necə, bilirmi türklüyünü? Xeyr, artıq yeni bir anlayış vardı – türk o xalqdır ki, belə Azərbaycan türklərinin türk olmamalarını sübuta yetirməyə çalışan nəzəriyyələrə üstünlük verilməyə başlandı (İ.Əliyev, R.Hüseynov, Ə.Sumbatzadə, R.Qasımova və b.). Əvvəlcə Türkiyə türklərinin mədəni mühitindən qoparmaq üçün Azərbaycanda heç bir ehtiyac olmadan bir neçə dəfə əlifbanın dəyişdirilməsi, daha sonra Quzey Azərbaycanla Güney Azərbaycan ərazisində yaşayan türklərin kök birliyinin şübhə altına alan elmi nəzəriyyələrə yer verilməsi xalqı bir daha öz tarixi köklərindən uzaqlaşdırdı. 1937-ci ildə SSRİ vətəndaşlarına ümumi  vətəndaşlıq pasportları verilməyə başladı ki, burda da hər kəsin yaşadığı respublikaya mənsubiyyəti milli mənsubiyyət kimi göstərilməyə başlandı. Azərbaycan SSR-də yaşayanların hamısı azərbaycanlı (ruslar istisna) adlandırılırdı ki, bu da  həm digər respublikaların vətəndaşı olan Azərbaycan türklərinin, həm də Azərbaycanda yaşayan türklərin öz etnik adlarından məhrum olması demək idi. Belə ki, Azərbaycan ərazisində yaşayan qeyri-türk xalqların hər biri öz adı ilə çağırıla bildiyi halda Azərbaycan türklərinə azərbaycanlı deyilirdi. Məsələn, ləzgi bilir ləzgidir, talış bilir talışdır, kürd bilir kürddür, türk necə, bilirmi türklüyünü? Xeyr, artıq yeni bir anlayış vardı – türk o xalqdır ki, BDU-nun nəşr etdiyi bütün bu məsələləri özündə dolğun əks etdirən Azərbaycan tarixi dərslikləri meydana çıxdı. Bu dərsliklərdə iki əsr ərzində gah tatar, gah da azərbaycanlı adlandırılan xalqın məhz türk olması fikrini tələbə auditoriyalarında anlatmaq illər uzunu formalaşmış bir fikri alt-üst etmək demək idi. İllər uzunu yalnız Türkiyədə yaşayanlara türk, Güney Azərbaycanda yaşayanlara iranlı, özümüzə isə azərbaycanlı  dediyimiz üçün tələbələr  müxtəlif ölkələrdə yaşayan və əslində bizlərdən biri olduqlarını qəbul edə bilmirdilər. Əsasən onomastik dəlillərə asaslanaraq əks nəzəriyyənin tərəfdarı olanlara həm güneydə, həm quzeydə Azərbaycan ərazisində yaşayanların türk olmasını S.Əliyarlının tədqiqatları kifayət qədər əsaslı surətdə sübut edir. Professor haqlı olaraq qeyd edir ki, “hər bir dil min illər boyunca dəyişikliyə uğrayır. Ancaq türkoloji elmində “Klouson konstantası” deyilən bir anlayış var. 1000 il ərzində bir qrup dünya dillərinin təməl söz fondu 18-20% dəyişmişsə, türk dillərində bu dəyişmə bir faizdən də azdır, yəni bu dillər heyrətamiz leksik sabitliyə malikdir” (6,s.153).Müstəqillik dövrlərində adlanmağımızla bağlı boşluqlardan doğan hadisələr isə bizim vətəndaşların Türkiyə Cümhuriyyətinə, İran İslam Respublikasına və Gürcüstan Respublikasının vətəndaşları ilə əlaqələri zamanı yaşanırdı. Tükiyə Cümhuriyyətinin Azərbaycanla ilk illərdə əlaqələri zamanı türk qardaşlarımız bizlərə “azəri”lər deyə müraciət edirdilər, hətta o vaxtlar Azərbaycandakı bir sıra publisist yazarlar belə bizi “azəri türkləri” də adlandırırdılar. 2015-ci ildə Xəzər Universietində Türkiyə Cümhuriyyətindən dəvətli olan dəyərli bir hocanın treninqlərinə qatılmışdıq. Hocamız da tez-tez bizi nəzərdə tutduqda “azərilər” ifadəsinə işlədərdi. Tənəffüs zamanı yaxınlaşıb dedik ki, “Hocam, azərilər irandilli xalqdır, və Güney Azərbaycanda bu gün də yaşamaqdadır, biz isə türkük və gördüyünüz kimi, türkdilliyik”. Treninqlərin sonuna kimi dəyərli hocamız yalnız “türk kardeşlerimiz”    deyə müraciət etdi və bu o qədər xoş əhval yaratdı ki… Hələ bir neçə il bundan öncə Tiflis kitabxanasına səfərimiz zamanı otelə dönmək üçün taksiyə əyləşdik, gedəcəyimiz ünvanı ingiliscə, rusca nə qədər çalışdıqsa anlada bilmədik, birdən sürücünün yanında Türkiyə Cümhuriyyətinin rəmzləri diqqətimizi çəkdi və çalışdıq ki, Türkiyə ləhcəsində anlaşaq.  Sürücü böyük sevinc hissi ilə “Ayə, türkmüsünüz?- dedi və ardınca “Vallah, bacını bizimkilərə oxşatmışdım, qardaş, bağışla, amma sənı heç bənzətmədim” – dedi. Gürcüstanın mərkəzində gürcülərin və digərlərinin hələ də tatar və azərbaycanlı adlandırdıqları bu taksi sürücüsü Azərbaycan türkü olduğunu gözəl bilirdi…

Ədəbiyyat siyahısı

1.Аzərbaycan Tarixi, Uzaq keçmişdən 1870-ci ilə qədər, redaktor Süleyman Əliyarlı, Bakı, 2009, 872 s.

2. Azərbaycan tarixi, M.Abdullayevin redaktəsi ilə, Bakı, 2019, 400 s.

3.Azərbaycan tarixi, 7 cilddə, VI c. Bakı, Elm, 2000, 516 s

4.  Ağayev Əjdər, seçilmiş əsərləri. II c. Bakı, Mütərcim, 2013, 276 s.

5. Axundov M.F. , əsərləri, III c. ,s. 70, Bakı, 1962.

6. Əliyarlı Süleyman. Tariximiz açıqlanmamış mövzuları ilə, Bakı, 2012, 560 s

 7. V.L.Veliçko “Rus işi və xalqlararası məsələlər” , I c. 1904,  Bakı, “Elm”, 1990. 222 s.

8. Məmmədli Ş., Paralanmış Borçalı, Bakı, 1991.

9. N.Şavrov., “Cənubi Qafqazda rus işinə yeni təhlükə”. S. Peterburq 1911.

Arif İbrahimov

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …