Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin sürgün müddətini uzatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tanınmış azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Abbas Lisaninin iki illik sürgün müddətini 2 il 8 aya qədər uzadıb.

Molla rejimin Ərdəbil əyalətindəki Apeliyasiya Məhkəməsinin bu barədə qərar çıxardığı bildirilir.

Azərbaycanlı fəalın sürgün müddətinin artırılmasına səbəb kimi onun cəzasını çəkməli olduğu Yəzd şəhərində qanunsuz olaraq geri qayıtması və məhkəmə hökmünə tabe olmaması göstərilib.

Qeyd edək ki, Abbas Lisani 2017-ci ildə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində çıxış etdikdən sonra həbs edilib və Ərdəbil zindanına köçürülmüşdü.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən fəala “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşma yaratmaq” ittihamı ilə 15 il həbs cəzası və 2 il Yəzd şəhərinə sürgün cəzası verilib. Fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönmüşdü.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …