Bazar , Oktyabr 2 2022
azfa

Tehran-Bakı əlaqələri fonunda İranda yaşayan azərbaycanlıların vəziyyəti

GADTB: Ər-Riyadda fəaliyyət göstərən “Rəsa” adlı İran üzrə beynəlxalq tədqiqat mərkəzi təhlil yazısında İranda yaşayan  azərbaycanlıların vəziyyətini araşdırır və müxtəlif amillərə, o cümlədən Tehranla Bakı arasında yaranmış gərginliyə və regionda və dünyada baş verən proseslərin bu məsələyə nəticələrini nəzərdən keçirib.

Sözügedən araşdırma institutunun tədqiqatçısı Nəvid Əhməd İranla ölkədə yaşayan azərbaycanlılar arasında əlaqələrdəki problemləri sadalayıb və onların mərkəzi hökumətlə əlaqələrinin tarixçəsini araşdırıb ki, son on illiklərdə bu eniş-yoxuşlu əlaqə İranın şimal-qərbində baş verən kütləvi etirazlarla nəticələnib.

Yazının davamında müəllif Qarabağ müharibəsinin Tehran-Bakı əlaqələrinə, habelə müharibənin İranda yaşayan türklərə təsirinə toxunub.

Tehran-Bakı əlaqələrinde İran türklərinin yeri

Araşdırmaya görə, rəsmi Tehran narahatdır ki, İran türkləri guya Türkiyə və İsrailin, habelə digər xarici amillərin yardımı ilə silahlı üsyana əl ata bilərlər.

Yazıda qeyd edilir ki, Bakı və Tel-Aviv arasında hərbi əlaqələr daim Tehranı narahat edib və İran rəsmiləri türkçülük məfkurəsi qarşısında “İranda şiə cəmiyyətinin birliyinin və bütövlüyünün sarsılmasından vahiməyə düşüb.

“Azad Iran”

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …