Çərşənbə , Oktyabr 14 2026
azfa

Tehran İnqilab Məhkəməsi “Ekbatan şəhərciyi” işi üzrə azərbaycanlı gəncə edam qərarı çıxarıb

GADTB: azərbaycanlı gənc Milad Armun, eləcə də Nəvid Nəccaran, Mehdi İmani və Seyid Məhəmmədhüseyn Hüseyni  “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən və 2022-ci il ümumxalq etirazları zamanı saxlanılan şəxslər Tehran İnqilab Məhkəməsi tərəfindən “müharibə aparma” ittihamı ilə edam cəzasına məhkum ediliblər.

İş üzrə digər təqsirləndirilən şəxslər – Əmirməhəmməd Xoşiqbal, Əlirza Bərmərz Purnak, Əlirza Kəfayi və Hüseyn Neməti isə hər biri yeddi il həbs və əlavə cəzalara məhkum olunublar.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Sələvati tərəfindən çıxarılan hökmə əsasən, ilk dörd nəfər “moharibə” ittihamı ilə edam cəzası alıb.

Digər təqsirləndirilən şəxslər isə “toplaşma və əlbir olma” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat” ittihamı ilə 2 il həbs cəzasına məhkum ediliblər. Bundan əlavə, onlar üçün iki il müddətinə sosial mediada fəaliyyət qadağası və Tehranla Əlborz vilayətlərində yaşamaq qadağası da tətbiq olunub.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …