Cümə , İyun 19 2026
azfa

CBS: Müctəba Xameneinin gizlənməsi ABŞ-la mümkün razılaşma prosesini ləngidir

GADTB: CBS telekanalı ABŞ hökumətindəki “mövzu ilə tanış rəsmilər”ə istinadən yayımladığı hesabatda bildirib ki, Müctəba Xamenei naməlum bir yerdə gizlənib, xarici dünya ilə əlaqələri ciddi şəkildə məhdudlaşıb və onun rabitəsi yalnız mürəkkəb kuryer şəbəkəsi vasitəsilə həyata keçirilir.

ABŞ kəşfiyyat qurumlarının məlumatlarına əsaslanan bu rəsmilər qeyd ediblər ki, Vaşinqtonla danışıqlar aparmaq səlahiyyəti olan İran rəsmiləri öz hakimiyyət strukturları daxilində əlaqə qurmaqda ciddi çətinliklərlə üzləşirlər. Bildirilir ki, bu vəziyyət İranla mümkün razılaşmanın detalları ilə bağlı prosesin uzanmasının əsas səbəblərindən biridir.

İki amerikalı rəsmi CBS-ə bildirib ki, ABŞ təkliflərin detalları ilə bağlı məlumat göndərdiyi zaman Müctəba Xameneiyə çıxışın çətin olması cavabların alınmasında uzun gecikmələr yaradır.

Məlumata görə, ABŞ və İsrailin İrana hücumlarının başlanmasından sonra Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb və onun İran İslam Respublikasının üçüncü rəhbəri kimi adı hallandırılsa da, indiyədək ondan heç bir görüntü və ya səs yayımlanmayıb.

CBS-ə danışan məlumatlı mənbələr bildiriblər ki, İran rəhbərliyinin əksər üzvləri hazırda gün işığı görmədən həftələrlə yüksək təhlükəsizlikli sığınacaqlarda qalır və yalnız zəruri hallarda bir-biri ilə əlaqə saxlayırlar.

Bu təhlükəsizlik tədbirlərinin Müctəba Xamenei üçün daha sərt şəkildə tətbiq olunduğu qeyd edilir. CBS-in yazdığına görə, yaradılmış sistem nəticəsində İranın yüksək vəzifəli rəsmiləri belə onun harada olduğunu bilmir və onunla birbaşa əlaqə yaratmaq imkanına malik deyillər.

Bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkian detallara varmadan Müctəba Xamenei ilə görüşdüyünü açıqlamış və onun “şəxsi keyfiyyətləri”ni tərifləyən fikirlər səsləndirmişdi.

Həmçinin yoxlayın

Molla rejimin Miyandabdakı Qeydiyyat İdarəsi 7 aydır Elman adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: Qərbi Azərbaycanın Miyandoab şəhərində fəaliyyət göstərən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 7 aya yaxındır …

İsrailli nazir: İran İslam Respublikası ilə razılaşma əldə etmək mümkün deyil

GADTB: İsrailin mədəniyyət və idman naziri Miki Zohar ABŞ administrasiyasının İran İslam Respublikasına münasibətdə tutduğu …