Şənbə , Oktyabr 17 2026
azfa

Tehranda 40 qız öyrənci təhsildən məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda etirazçı öyrəncilərə qarşı təzyiqlər davam edir.

Tehran İncəsənət Universitetinin ən azı 40 xanım öyrəncisinin ali məktəbə girişi qadağan edilib.

Bu barədə İran Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı bəyanatda deyilir.

Məlumata görə, universitetin evli tələbələri üçün nəzərdə tutulan yataqxanasında yaşayan 20 tələbənin də bir semestr müddətinə təhsili dayandırılıb.

Bəyanatda tələbələrə qarşı təzyiqlərin daha da gücləndiyi, onların təhsil hüquqlarının pozulması ilə bağlı hallarının artdığı qeyd edilib.

Məlumata görə, təhsildən uzaqlaşdırılan tələbələrə qarşı “Universitet işlərində qarışıqlıq və pozuntu yaratmaq” kimi saxta ittihamlar irəli sürülüb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …