Bazar , Oktyabr 25 2026
azfa

Tehranda azərbaycanlı fəal Rza Zareinin azadlıq tələbilə divarlara vərəqələr yapışdırıldı- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Tehranda azərbaycanlı milli-mədəni fəal Rza Zareinin azadlıq tələbilə divarlara vərəqələr yapışdırıldı.

Azərbaycanlı fəalların hazırlayıb yapışdırdığı vərəqələrdə o cümlədən yazılıb: “Azərbaycanlı milli-mədəni fəal Rza Zarei azad olsun”, və “Biz Azərbaycan türk milləti Rza Zareinin qeydsiz-şərtsiz azad edilməsini tələb edirik”.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Rza Zarei bir neçə gün öncə irqçi və işğalçı fars rejimin məmurları tərəfindən yaxalanıb. Hələlik azərbaycanlı fəalın harada saxlanması və vəziyyəti barədə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın