GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tehran Universitetində təhsil alan Zəncandan olan azərbaycanlı öyrənci Pərisa Rəfii təhsil aldığı universitetin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağının bacısı qızı olan Pərisa Rəfiinin mədəni fəaliyyəti ilə bağlı yaxalandığı ehtimal edilir. Tehranın təhlükəsizlik qüvvələri məhkəmə hökmü ilə fəalı yaxalayıb.
Hələlik azərbaycanlı fəalın dəqiq nə səbəbdən yaxalandığı və nədə ittiham edilməsi barədə məlumat yoxdur.