GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 23-ü Tehranda azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etiraz olaraq divarlara etiraz şüarları yazıblar.
Şəhərin divarlarında yazılmış əhaliyə məlumatlandırıcı və oyandırıcı şüarlar bunlardan ibarət olub.
“Urmu Gölünün quruması = Azərbaycanın məhv olması”
“Urmu Gölü sön nəfəslərini çəkir.”
“Urmu Gölü can verir”
Qeyd edək ki, irqçi fars-molla rejimi qəsdən Azərbaycanı xarabaya çevirmək məqsədilə Urmiya gölünü qurudub. Bu isə haqlı olaraq Azərbaycan Türk Millətinin etirazı ilə qarşılaşıb.