Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Tehranın millət vəkilinə azərbaycanlı öyrəncilər Pinokio fiquru bağışladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın İran məclisindəki millət vəkili Mahmud Sadiqiyə azərbaycanlı öyrəncilər yalançılıq simvolu olan pinokiyo fiquru bağışladılar.

Mühəqqiq Ərdəbili Universitetinin İslahatçı Təşkilatının dəvəti ilə Güney Azərbaycana gələn Mahmud Sadiqiyə yalanlarına görə həmin  fiqur hədiyyə edilib.

Universitetin İslami Dərnəyinin öyrənciləri bildirib ki, fiqur ona əhalini aldatdığı üçün bağışlanır.

Mahmud Sadiqi üzdəniraq islahatçı siyasətçi olmaqla yanaşı həm də universitet müəllimi, molla və hüquqşünasdır.

Mahmud Sadiqi Sepah geyimi geyinib bu terror təşkilatının ABŞ tərəfindən terror təşkilat elan edilməsinə etiraz edənlərdəndir.

Həmçinin yoxlayın

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük …

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə …

Bir cavab yazın