Terror tərəfdarı mühacir kürdlər Tikantəpədə yerli türklərə hücum edib, 116 nəfər yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpənin kürd mənşəli terrorçu bələdiyyə başçısı Naseh Məhəmmədxaninin kürd tərəfdarları Qərbi Azərbaycanın Tikantəpə şəhərində yerli türk əhalisinə hücum ediblər.

Şənbə günü törədilən hadisədə çox sayda insanın xəsarət alıb və 116 yaxalanıb.

Qeyri-yerli və kürd bələdiyyə başçısının çox sayda kürd tərəfdarı Çillə gecəsi ilə bağlı şəhər parkının qarşısında təşkil edilən sərgiyə qatılıb. Naseh Məhəmmədxaninin tərəfdarlarından olan Sədi Dəşti içkili vəziyyətdə yerlitürk gənclə dava edərək onu döyüb. Ətrafdakı yerli türk sakinlər ona etiraz etdikdə isə o deyib ki, “biz kimsədən qorxmuruq və yaxın zamanda evinizə silahla hücum edib hamınızı şəhərdən çıxardacayıq”. Mühacir kürdlər yerli əhaliyə hücum ediblər və dava düşüb.

Polis müdaxilə edib və  63 nəfər yerli türk və 58 nəfər terrorçu bələdiyyə başçısının tərəfdarını yaxalayıb.

Qeyd edək ki, terrorçu və kürdçü mövqeyi ilə seçilən Naseh Məhəmmədxani Tikantəpədə bələdiyyə postuna təyin olunduqdan sonra şəhərdə yerli əhali ilə mühacir kürdlərin münasibəti daha da gərginləşib. Naseh Məhəmmədxani əslən Divandərrə şəhərindəndir. Ona Tikantəpə Şəhər Şurasının üzvləri Süməyyə Əlmasi və Hüseyn Mikaili, eləcədə şəhərin sözdə millət vəkili Humayun Haşimi xüsusi dəstək verir.

Həmin kürd bələdiyyə başçısı terrorçu PJAK tərəfdarıdır və bir müddət öncə də PJAK terror təşkilatının simvolunu bu şəhərdə quraşdırmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın