Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST” festivalının bu ölkədə keçirilməsi qərarını alqışlayıb.

Kipr türklərinin liderinin bildirdiyinə görə, “TEKNOFEST-2025” ŞKTC Prezidenti Administrasiyasının hamiliyi və Türkiyənin T3 Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tatar populyar hadisənin ŞKTC-də təşkil edilməsi təşəbbüsünə görə “TEKNOFEST”in İdarə heyətinin sədri Selçuk Bayraktara minnətdarlığını bildirib.

Siyasətçi “TEKNOFEST”i texnologiyalar və müdafiə kompleksinin inkişafı üçün mühüm təkan adlandırıb.

Qeyd edək ki, bu günlərdə Adanada keçirilmiş “TEKNOFEST-2024” festivalını 1,1 milyon Türkiyə sakini və ölkəyə gələn qonaqlar ziyarət ediblər.

Festivalın platformasında, həmçinin Azərbaycan şirkətlərinin işləri də nümayiş olunub, qaliblər sırasında isə ölkəmizi təmsil edən bir neçə gənclər komandası yer alıb.

Həmçinin yoxlayın

Sevginin anası 277 günlük mübarizə sonra övladı üçün Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən doğum şəhadətnaməsi ala bildi

GADTB: Şimali Xorasan vilayətinin Şirvan rayonundan olan, Tehranın Bumehn şəhərində yaşayan xorasanlı türk ana 9 …

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …