GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Terrorçu sepah komandanı Murtaza Qurbanı ABŞ-ı təyyarə daşıyan gəlilərini batırmaqla hədələyir.
O deyib ki, ABŞ-ın Körfəz bölgəsinə göndərdiyi hərbi gəmilərini “gizli silahlarla” batıra bilərik.
Rəsmi xəbər agentliyi Mizana açıqlama verən Qubani ABŞ-ı açıq şəkildə təhdid edib:
“Amerika bölgəyə iki hərbi gəmi göndərir. Kiçik bir axmaqlıq etsələr, nüvə və yeni gizli silahlarımızla hərbiçiləri, təyyarələri ilə birlikdə dənizin dibinə basdırarıq”.
Qeyd edək ki, Qubani bu açıqlamanı ABŞ-ın İrana qarşı Yaxın Şərqə 1500 əsgər göndərəcəyi bəyanatından sonra verib.