Terrorçu sepahın 11 sürət kateri ABŞ gəmilərinin üzərinə yürüyüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun sürət katerləri Bəsrə körfəzində ABŞ-ın birlikdə hərəkət edən 6 gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb.

ABŞ Donanmasının yaydığı məlumatda bununla bağlı deyilir:

“ABŞ gəmiləri Bəsrə körfəzində, beynəlxalq sularda quru qoşunlarına məxsus AH-64 “Apaçi” helikopterləri ilə təlim keçirirdi. İranın hərbi katerləri amerikan gəmilərinin ön və arxa hissəsindən dəfələrlə keçdi. Katerlər “USS Levis Puller” gəmisinə 45 metr, “USCG Maui” gəmisinə isə 9 metrə qədər yaxınlaşdı. İran katerləri xəbərdarlıqlara 1 saat sonra reaksiya verib ərazidən uzaqlaşdı və hər hansı münaqişə baş vermədi”, – deyə bildirilib.

Qeyd edək ki, hadisə dünən aprel ayının 15-də baş verib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın