Cümə axşamı , Dekabr 8 2022
azfa

Terrorçu sepahın Cənubi Koreyanın gəmisini oğurlamasına reaksiyalar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran terrorçu sepahının Cənubi Koreya bayrağı altında üzən neft tankerini pğurlaması etirazlarla qarşılanıb. Hadisədən sonra Cənubi Koreya dəniz quldurluğuna qarşı qüvvələrini bölgəyə göndərib.

ABŞ isə  İranı Cənubi Koreya gəmisini dərhal sərbəst buraxmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentindən açıqlama yayılıb.

“ABŞ İranın Cənubi Koreya bayrağı altında üzən tankeri saxladığı barədə xəbərləri izləyir. Biz Cənubi Koreyanın İrana çağırışına qoşuluruq. Tankeri dərhal sərbəst buraxın!” – açıqlamada vurğulanıb.

Qeyd edək ki, İran dövləti yalan iddia irəli sürərək guya gəminin ətraf mühiti çirkləndirdiyi üçün saxlanılıb.

Körfəzdə Səudiyyə Ərəbistanından Cənubi Koreyaya doğru hərəkət edən gəmi İranın terrorçu Sepah təşkilatı tərəfindən oğurlanıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Dalana dirənən molla rejimi hansı addımı atacaq?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdi

GADTB: oktyabr ayında Tehran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən …