Şənbə , Aprel 20 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İran Salar Tahir Əfşarı 4 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində yaşayan azərbaycanlı fəal Salar Tahir Əfşar erməni təcavüzünü pislədiyinə görə İran tərəfindən 4 il həbs cəzasına məhkum edilib.

Rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən Salar Tahir Əfşara verilən hökm şifahi olaraq ona deyilib.

Fəala hökm “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamları üzrə oxunub. İran məhkəməsinin qərarından belə qənaətə gəlmək olur ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək Xamenei rejimi üçün “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək” anlamına gəlir.

Salar Tahir Əfşar məhkəmə tərəfindən aldığı çağırışda dekabrın 14-də Urmiya İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi tələb edilmişdi.

Qeyd edək ki, Urmiya sakini olan fəal iyulun 16-da İran Azərbaycanında Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmiyədə saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

O, həmçinin sentyabrın 27-də Dağlıq Qarabağda hərbi münaqişə başladıqdan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək üçün keçirilən mitinqlərlə əlaqədar təkrar İran kəşfiyyat orqanları tərəfindən həbs edilmişdi.

Salar Tahir Əfşar indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələri tərəfindən fərqli ittihamlarla mühakimə olduqdan sonra həbs və qamçılanma cəzalarına məhkum edilib.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …