Bazar ertəsi , Yanvar 17 2022
azfa

Terrorçu Sepahın hazırlamaqda olduğu böyük savaş gəmisinin peyk görüntüsü yaylıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepahının hazırlamaqda olduğu böyük savaş gəmisinin peyk görüntüsü yaylıb.

Sepahın adını və xüsusiyyətlərini yaxın gələcəkdə açıqlayacağı iddia edilən və gizli saxladıqları döyüş gəmisinin peykdən çəkilən görüntüləri yayılıb.

Yayımlanan peyk fotosunda İranın terrorçu sepahının yeni gəmisinin təqribən 64 metr uzunluğunda, daha böyük və ağır silahlarla təchiz olunmuş çoxsaylı raket sisteminə sahib olduğu müşahidə edilib.

Hazırda İnqilab Keşikçilərinin xidmətində olan gəminin çox sayda silahlarla təchiz olunduğu bildirilib. Yeni gəmi İranın Buşehr şəhərindəki Şəhid Mahallati Gəmiqayırma Zavodunda inşa olunur.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …