Cümə axşamı , Aprel 25 2024
azfa

İran rejimi çəkdiyi kinoda Azərbaycanı Kürdüstan kimi qələmə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi televiziya serialı çəkərək Azərbaycanı Kürdüstan kimi təqdim edib və İran televiziyasında yayımlayır.

Rejimin televiziyası kürd dilində yayımlanan “Nun xe” adlı serialda Azərbaycan şəhərlərini kürd ərazisi kimi qələmə verir.

Serialda Qərbi Azərbaycan vilayəti və Urmiya gölü kürd bölgəsi kimi göstərilir. Rejimin 1-ci kanalından yayınlanan serialın finalında Urmiya gölü, Tikantəpə, Təxti-Süleyman tarixi türk abidəsi, Çəmli göl və başqa türk məskənləri Kürdüstan torpağı kimi qələmə verilib, görüntülər kürd musiqisi ilə müşayiət olunur.

2020-ci ilin yaz bayramı tətillərində bu serialın bir neçə bölümü Şərqi Azərbaycan vilayətinin “Səhənd” kanalından yayınlanıb. Azərbaycanlıların etirazından sonra həmin bölümlərin yayımı dayandırılır. Serialın rejissoru Səid Aqaxani milliyyətcə kürddür. O, ənənəvi kürd geyimində serialdakı rollardan birini ifa edir.

Qeyd edək ki, rusların Azərbaycana qarşı erməniləri alət edib dəstəklədiyi kimi, İran rejimi də Azərbaycana qarşı kürdləri alət edib dəstəkləyir. Azərbaycanla süşmənçilik edən İran rejimi azərbaycanlıların ərazilərini kürdlərə verib Azərbaycanı xəritədən silməyi planlaşdırır.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …