Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Tikantpəyə Kürdüstandan gətirilib təyin edilən kürd bələdiyyə başçısı türk yer adını təhrif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Divandərədən gətirib Güney Azərbaycanın Tikantəpə (Təkab) şəhərinə bələdiyyə başçısı təyin etdiyi Nasih Məhəmmədxani şəhərin turizm məkanlarından olan “Böyüktəpə”nin adını təhrif edərək bölgədə türk kimliyini məhvə etməyə çalışıb.

Kürd terror təşkilatının tərəfdarlarından olan Məhəmmədxani bu məkanla bağlı yeni rəsmi yazışmalarda “Böyüktəpə” deyil, təkcə “Təpə” yazıb. Bu təhrif isə yerli əhalinin narazılığına səbəb olub.

Qeyd edək ki, Məhəmmədxani 2019-cu ilin may ayına qədər doğulduğu Divandərə şəhərində bələdiyyə aşçısı olmuş və daha sonra istefa vermişdi. O terrorçu kürd təşkilatları ilə sıx əlaqdə Güney Azərbaycanın bir hissəsini kürdləşdirməkdə fəal iştirak edir.

Məhəmmədxani Tikantəpənin bələdiyyə başçısı təyin edilməsindən sonra şəhərin türk kimliyini silməyə cəhd edib və yerli türklərlə mühacir kürdlər arasında gərginlikləri artmaqdadır. Məhəmmədxani keçən il dekabrın 20-də kürdlərlə yerli türk əhali arasında qarşıdurma yaratmış və nəticədə nəticədə 116 nəfər polis tərəfindən yaxalanmışdıi.

Məhəmmədxani həmçinin keçən ilin oktyabr ayında içərisində Pejak terror təşkilatının simvolları əks edilmiş qaval musiqi alətini şəhərin Şərifabad küçəsində quraşdırmışdır. Bu isə haqlı olaraq şəhər əhalisinin etirazına səbəb olmuşdur.

Mühacir kürd həmçinin 2019-cu ilin dekabr ayında şəhərin Millət Bağı parkında uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasında PKK terror təşkilatının bayrağı və simvolunu çəkdirmişdir.

İrqçi fars rejimin istəyi ilə terrorçu kürdlər bu şəkildə mtarixi Azərbaycan ərazilərinin kimliyini dəyişir və Azərbaycan ərazilərini kürdləşdirməyə davam edirlər.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …

Bir cavab yazın