Cümə axşamı , Oktyabr 22 2026
azfa

Ukrayna İranı sərnişin təyyarəsini qəsdən vurduğuna görə beynəlxalq məhkəməyə veir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Prezidenti Zelenski mediaya müsahibəsində deyib ki, vurulan Ukrayna təyyarəsinə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə İranı beynəlxalq məhkəməyə verəcəyik.

O, İranın təkcə “qara qutu”nu qaytaracağına yox, həm də kompensasiya ödəyəcəyinə, rəsmi üzrxahlıq edəcəyinə ümid etdiyini bildirib:

“Əks təqdirdə bizim beynəlxalq məhkəməyə müraciət etməkdən başqa seçimimiz olmayacaq. Onlar bizim mövqeyimizi bilirlər”.

Qeyd edək ki, bu il yanvar ayında İranın terrorçu sepah qüvvələri günahsız insanları daşıyan Ukraynaya məxsus sərnişin təyyarəsini qəsdən vurmuşdu. Nəticədə təyyarənin bütün sərnişinləri həlak olmuşdu. İran təyyarəni vurduğunu danmış və yalnız danılmaz faktlar ortaya çıxandan sonra biabrıçı şəkildə təyyarəni guya səhvən vurduğunu etiraf etmişdir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın