GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu il fevral ayının 6-da Təbrizin Səhənd Stadionunda Güney Azərbaycanın Tiraxtur komandasının tərəfdarları milli şüarlar səsləndiriblər.
Yarışın 25-ci dəqiqəsində azərbaycanlı tərəfdarlar xanımların stadiona gəliş haqqını müdafiə edib və bununla bağlı “Azərbaycan qızları, göylərin ulduzları – stadion yolları gözləyiri onları”, “Aşiqanə biz bu vətən aşiqi-arxazdayıq biz alarıq haqqızı türk qızları, türk qızları” və s. şüarlar səsləndirdilər.
Azərbaycanlı tərəfdarlar həmçinin yarışın 15-ci dəqiqəsində türk dilində təhsil tələbilə “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndirdilər.