Bazar ertəsi , Yanvar 24 2022
azfa

Tramdan sonra Xamenei nüvə proqramı məsələsində qudurğanlıq etməyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Trampdan sonra ABŞ-ın yumuşaq siyasəti yeritməsini duyan Xamenei qudurğanlığa başlayıb. O ABŞ-ın birlikdə nüvə müqaviləsinə qayıtmaq təklifini rədd edib.

XAmenei deyib ki, Vaşinqtonun nüvə anlaşmasının həyata keçirilməsi ilə bağlı Tehrana şərt irəli sürə bilməz.

“Öhdəliklərə uyğun hərəkət edən İran Birgə Hərtərəfli Fəaliyyət Planında şərt qoymaq hüququ olan tərəfdir, bütün öhdəlikləri tapdalayan ABŞ və üç Avropa ölkəsi (İngiltərə, Fransa, Almaniya) deyil”, – Xamenei Tvitter hesabında bildirib.

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası isə İran iqtisadiyyatına aid bəzi məhdudlaşdırıcı tədbirləri saxlamaqla ölkəyə iqtisadi təzyiqi azaltmaq ehtimalını nəzərdən keçirir.

ABŞ administrasiyası Tehrana Beynəlxalq Valyuta Fondundan borc verilməsi və İranın koronavirus pandemiyası fonunda humanitar yardım almasına mane olan sanksiyaların yumşaldılmasının mümkünlüyünü müzakirə edir.

Mütəxəssislər bu tədbirlərin ABŞ-ın Donald Trampın prezidentliyi dövrü olan 2018-ci ildə Vaşinqtonun tərk etdiyi İranın “nüvə sazişinə” (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtması istiqamətində addım olduğunu düşünür. Lakin Xamenei hətta güzəşt qarşısında qudurğanlıq etməyə başlayıb.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …