Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi ABŞ-ı yeni hədəfləri vurmaqla hədələdi

GADTB: İran ABŞ-ın ölkədəki körpülərə və ya elektrik stansiyalarına hücum edəcəyi təqdirdə regionda Vaşinqtonun maraqları ilə əlaqəli bir neçə infrastruktur və enerji obyektinə zərbələr endirəcəyini bildirib.

Bunu İran Silahlı Qüvvələrindəki mənbə açıqlayıb.

Mənbənin kimliyi və mümkün hədəflər barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib.

Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya hər hansı digər qurğu və yaxud silahla atəş açdığı hər dəfə, Birləşmiş Ştatlar paytaxt Tehranda və ya onun yaxınlığında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …