Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün də hər hansı danışıqların planlaşdırılmadığını bildirib.

Tramp «Truth Social» sosial şəbəkəsində yazdığı paylaşımda İranın dəniz mühasirəsinin «bütün gücü ilə» davam etdiyini bildirib. O, həmçinin Hörmüz boğazının açıq və fəaliyyətdə olduğunu iddia edərək, bölgədəki bütün dəniz minalarının ya toplanıldığını, ya da partladıldığını qeyd edib.

Bu açıqlamalar Tehran hakimiyyətinin çərşənbə axşamı verdiyi bəyanatdan sonra səslənib. İran tərəfi Vaşinqtonun, o cümlədən limanlara tətbiq olunan mühasirənin və neft sanksiyalarının aradan qaldırılması ilə bağlı İranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazının açılmayacağını bildirib.

Beləliklə, Trampın Hörmüz boğazının «açıq olması» ilə bağlı iddiası Tehran hakimiyyətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

Trampın son açıqlamaları həmçinin Vaşinqtonla Tehran arasında əldə edilmiş anlaşmada nəzərdə tutulan 60 günlük müddətin başa çatmasından sonra səslənib. Müddət tərəflərin yekun razılaşmaya nail olmaması ilə başa çatıb və hər iki tərəf danışıqların nəticəsiz qalmasına görə bir-birini məsul tutur.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …