Cümə axşamı , Fevral 12 2026
azfa

Tramp körfəzdə irqçi fars rejimin PUA-sını vurduqlarını bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Donald Trampın sözlərinə görə, ABŞ-ın “U.S.S Boxer” hərbi gəmisi onunla 1000 metr məsafəyə yaxınlaşan İrana aid pilotsuz uçan aparatı vurub.

ABŞ prezidenti iyulun 18-i, cümə axşamı günü bildirib ki, hadisə Hörmüz boğazında baş verib.

Hollandiyanın baş naziri Mark Rute ilə Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp bildirib ki, İrana məxsus pilotsuz uçan aparat ABŞ-ın “U.S.S Boxer” hərbi gəmisi ilə 1000 metr məsafəyə yaxınlaşdıqdan və xəbərdarlıqlara əhəmiyyət vermədikdən sonra, ABŞ gəmisi müdafiə mövqeyi alıb.

Onun sözlərinə görə, İrana məxsus uçan aparat ABŞ hərbi gəmisi və onun heyətini təhdid edirdi.

“Bu, beynəlxalq sularda üzən gəmilərə qarşı İranın çoxaylı təxribat və provokativ addımlarından sonuncusudur”, deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib: “ABŞ öz qüvvələrini, texnikasını və maraqlarını müdafiə etmək üçün bu hüququ özünda saxlayır və bütün ölkələri İranın sərbəst və dünya ticarət marşrutuna maneçilik törətməsini pisləməyə çağırır”.

O habelə bütün ölkələri “Hörmüz boğazına yollanan gəmilərini qorumağa və gələcəkdə bizimlə əməkdaşlıq etməyə” səsləyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Nyu-Yokda jurnalistlərə açıqlamasında deyib: “İndiyədək bu haqda mənə məlumat daxil olmayıb və hərbi rəsmilərin açaıqlamalarını gözləməliyik”.

Ancaq bir neçə saat sonra İran xarici işlər naziri Twitter-səhifəsində İranla ABŞ arasındakı coğrafi məsafəyə dair bir fotoşəkil paylaşaraq yazıb: “Xatırlatma üçün”.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın