Tramp şərtsiz görüşə hazır olsa da, iqtisadiyyatı çökən irqçi fars rejimi şərt qoyur

ABŞ prezidenti Donald Tramp Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib. Bunu D.Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Tramp deyib: “Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. İran tərəfi görüşmək istəyirsə, mən hazıram”.

Qeyri-konstruktiv mövqeyə malik olan irqçi və işğalçı fars rejimi isə ABŞ-ın nüvə razılaşmasına qayıtmasını ilkin şərt kimi irəli sürür.

Bu barədə Ruhaninin müşaviri Həmid Abutalebi özünün “Twitter”ində məlumat yazıb.

Abutalebi yazıb: “İranın hüquqlarına hörmət, düşmənçiliyin aradan qaldırılması, nüvə razılaşmasının icrasının bərpası. ABŞ və İran arasında danışıqlara yol açmaq üçün atılacaq addımlar bunlardır”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarovun “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın