Trampdan İrana sərt mesaj: ABŞ qüvvələri İran sərhədlərində qalacaq

GADTB: Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq.

Tramp bununla bağlı, “Truth Social” platformasında paylaşım edib. O, qeyd edib ki, ABŞ-nin gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qoruyacaq.

ABŞ prezidenti əlavə olaraq, Vaşinqton və Tehranın İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəldiyini də açıqlayıb.

Tramp, habelə, xəbərdarlıq edib ki, atəşkəs razılaşması yerinə yetirilməzsə, ABŞ qüvvələri İrana yenidən hava zərbələri endirəcək.

Həmçinin ABŞ Prezidenti Donald Tramp İranla danışıqları yalnız Hörmüz boğazında sərbəst keçid təmin olunacağı halda aparacaq. Bu barədə Ağ Evin sözçüsü Karolayn Livitt bildirib.

Onun sözlərinə görə, boğaz açıq və məhdudiyyətsiz qaldığı təqdirdə danışıqlar növbəti iki həftə ərzində qapalı formatda davam edəcək.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …