Bazar ertəsi , Avqust 31 2026
azfa

Trampdan İranın nüvə proqramı ilə bağlı 60 günlük möhlət: Yekun razılaşma əldə olunmasa, hücumlar yenidən başlaya bilər

GADTB: ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində İranın nüvə proqramı ilə bağlı yekun razılaşmanın əldə olunması üçün 60 günlük müddət müəyyən edildiyini açıqlayıb və xəbərdarlıq edib ki, bu proses uğursuz olarsa, İrana qarşı hərbi əməliyyatlar yenidən başlaya bilər.

Trampın sözlərinə görə, gələcəkdə əldə olunacaq hər hansı razılaşma İranda uranın zənginləşdirilməsini çox aşağı səviyyə ilə məhdudlaşdırmalıdır. O bildirib ki, bu səviyyə hərbi məqsədlər üçün istifadə oluna bilməyəcək həddə olmalıdır.

ABŞ prezidenti həmçinin Vaşinqton və Tehran arasında uranın zənginləşdirilməsinin 15–20 il müddətinə dayandırılması məsələsinin müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu bənd razılaşma baş tutarsa, sənədin əsas maddələrindən biri olacaq.

Tramp bildirib ki, əgər İran ABŞ ilə yekun nüvə razılaşmasına nail olmasa, ya hərbi əməliyyatlar yenidən başlayacaq, ya da ABŞ region gəlirlərinin müəyyən hissəsi müqabilində Yaxın Şərqdə təhlükəsizliyin təminatçısı rolunu üzərinə götürəcək.

O əlavə edib ki, əldə olunan ilkin razılaşma nəticəsində Hörmüz boğazı gələcəkdə “daimi olaraq rüsumsuz” fəaliyyət göstərəcək.

Müsahibənin digər hissəsində Tramp İsrailin Baş naziri Benjamin Netanyahu barədə danışaraq onu “çox çətin insan” adlandırıb və bildirib ki, Netanyahu ABŞ-a minnətdar olmalıdır.

Tramp deyib:

“O, çox çətin adamdır. Açığını desəm, gördüyümüz işlərə görə bizə təşəkkür etməlidir. Əgər İranın nüvə silahı olsaydı, İsrail iki saat belə tab gətirə bilməzdi.”

Hazırda mümkün nüvə razılaşmasının detalları və tərəflərin öhdəlikləri ilə bağlı danışıqların davam etdiyi bildirilir.

Həmçinin yoxlayın

Meşkinşəhrin Cəbdərəq kəndində mədən fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib; “Süfrələrimizin çörəyini məhv etməyin”

GADTB: Meşkinşəhr rayonunun Cəbdərəq kəndinin bir qrup sakini “Colgehaye asimani” şirkətinin mədən fəaliyyəti və bunun …

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş …