Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Bloomberg: “Hörmüz boğazının açılmasını təxminən 600 gəmi gözləyir”

GADTB: ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşma xəbəri beynəlxalq gəmiçilik və enerji bazarlarında ehtiyatlı nikbinlik yaradıb.

Bloomberg-in məlumatına görə, gəmi sahibləri və ticarət şirkətləri boğazdan keçidin hansı şərtlərlə bərpa olunacağına dair daha aydın məlumat gözləyirlər. Hazırda gəmi təhlükəsizliyinin necə təmin ediləcəyi və keçid qaydalarının necə tətbiq olunacağı hələ də dəqiqləşdirilməyib.

Analitik platforma Kpler-in məlumatına əsasən, Fars körfəzində təxminən 600 gəmi hərəkət üçün gözləmə vəziyyətindədir. Hörmüz boğazının xaricində isə yüzlərlə digər gəmi marşrutun tam açılacağı təqdirdə körfəzə daxil olmağa hazır vəziyyətdədir.

Bloomberg qeyd edir ki, razılaşma ilə bağlı xəbərlərin yayılmasından sonra ilk saatlarda boğazdakı hərəkətlilik məhdud qalıb və yalnız bir mayeləşdirilmiş təbii qaz tankeri Hörmüz istiqamətində hərəkət edib./ Azad İran

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …