Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Razılaşma imzalanacağı halda İrana qarşı dəniz blokadasının ləğvi barədə göstəriş ABŞ ordusuna çatdırılıb

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi CNN telekanalına bildirib ki, İranla mümkün razılaşmanın imzalanacağı təqdirdə, ABŞ ordusuna cümə günü Hörmüz boğazında tətbiq edilən dəniz blokadasını ləğv etmək barədə təlimat verilib.

ABŞ Prezidenti Donald Tramp bazar günü açıqlamasında deyib ki, Tehranla razılıq əldə olunduqdan sonra İran limanlarına qarşı tətbiq edilən ABŞ dəniz blokadasının dərhal aradan qaldırılmasına icazə verəcək.

Tramp bildirib:

“Cümə günü razılaşma imzalandıqdan sonra boğaz yenidən açılacaq. Minaların təmizlənməsindən sonra neft yenidən hər iki istiqamətdə bölgəyə və dünya bazarlarına axacaq.”

Məlumata görə, Tramp müharibənin başlanmasından təxminən altı həftə sonra, aprel ayının ortalarında bu blokadanın tətbiqi barədə göstəriş vermişdi.

Amerikalı rəsmi CNN-ə açıqlamasında əlavə edib:

“Bu, hazırda ABŞ administrasiyasının mövqeyi və planıdır. Lakin cümə gününədək vəziyyət dəyişə bilər.”

Hazırda mümkün razılaşmanın detalları və onun icra mexanizmləri ilə bağlı əlavə rəsmi məlumat açıqlanmayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …